KEKALOVE ADAPTIVE FASHION

Sadə dildə desək, Kekalove Adaptive əlil arabası istifadəçiləri üçün bir geyim brendidir. Biz  əlil arabası istifadəçilərinin xüsusi ehtiyaclarına uyğun geyim dizayn edirik. Əlil arabasının istifadəsinin həyatımıza, xüsusən də gündəlik geyimlərimizə həqiqətən necə təsir etdiyini başa düşmək üçün çalışırıq. Və əlil arabalarımızın bizim üçün yarada biləcəyi bütün problemlərin öhdəsindən gələ biləcək dizaynlar üzərində işləyirik. Biz həmişə super funksional, gözə xoş görünən və olduqca rahat geyimlər hazırladığımıza görə bizim işimiz mühəndislik və incəsənətin qarışığı hesab olunur.

 

Kekalove Adaptive-də biz əlilliyimizin bizə bəzən mənfi təsir göstərə biləcəyini başa düşürük. Geyimlərimizi dünyanın həqiqətən daha inküziv bir yer ola biləcəyinə inanaraq dizayn edirik və müsbət dəyişiklik əldə etməyin bizim kimi gənclərin məsuliyyəti olduğunu fikirləşirik. Bu səbəbdən geyimlərimizi fiziki məhdudiyyətə əsaslanaraq hazırlayırıq.

 

Biz əlil arabası istifadəçilərinə yaxşı geyinməyə, yaxşı görünməyə və yaxşı olmağa kömək etmək istəyirik. Əgər siz də bizimlə inklüziv bir gələcəyə eyni inamı paylaşırsınızsa, bizi sosial mediada izləyin, mail siyahımıza abunə olun, özünüzə və ya yaxınlarınıza adaptiv geyimlərimizi alın və həm də təsir dairəmizi genişləndirə bilmək üçün işimizi öz əhatənizdə paylaşın.

Bu sualı, xüsusən əlilliyi olmayan insanlardan çox alırıq. Təsəvvür edin ki, görmə əngəliniz var və köynək geyinməyə çalışırsınız. Əlilliyi olmayan insanlar üçün bu çox asandır. Ancaq başınızın səhvən qol yerindən keçdiyini anlasanız nə olardı? Çıxardıb yenidən geyinməlisiz. Təsəvvür edin ki, eyni səhvi dəfələrlə təkrarlayırsız, amma əlinizdən heç nə gəlmir. Bu səbəbdən sağlamlıq imkanları məhdud insanlar üçün onların xüsusi ehtiyaclarını nəzər alan adaptiv geyimlər labüd hal alır.

 

Özünüz üçün fikirləşin ki, siz necə geyinirsiz (sizin əngəlli olmadığınızı düşünək). Sizin bütün bu addımları dərhal, fikirləşmədən atırsız və geyim prosesi barədə uzun-uzadı düşünmürsüz. Amma biz şəxsən onlarla əngəlli insan tanıyırıq ki, paltar geyinməyə hətta saatlarla vaxt sərf edirlər, çünki onların geyimləri sadəcə olaraq ehtiyaclarına uyğun tikilməyib. Həmişə də əngəlli şəxsin özü, ailəsi, yaxınları bu problemlə əlləşməli olur. Biz buna son qoyacağıq.

MƏHƏMMƏD KEKALOV

Məhəmməd Kekalov Kekalove Adaptive Fashion-ın təsisçisi və direktorudur. Müxtəlif mükafatların qalibi olan sosial sahibkar və Azərbaycan vətəndaş cəmiyyətinin fəal üzvüdür. Məhəmməd Zaqatalada görmə əngəlli nənəsi ilə böyüyüb və uşaqlıqda onlar birlikdə çox vaxt keçiriblər. Məhəmməd deyir ki, onlar çox yaxın idilər və nənəsi onun boya-başa çatmasında böyük rola malik olub. Məhəmmədin universitet təhsilinə görə ayrı qalmaqlarına baxmayaraq hələ də aralarındakı xüsusi münasibəti qoruyub saxlayıblar.

7J7A8054.jpg
IMG_3449_edited.jpg

RUHLAN CƏLİLOV

Ruhlan Cəlilov 10 ildən artıq təcrübəyə malik dizaynerdir. Onun Kekalove Adaptive-dəki məqsədi trendli modanı hər kəs üçün əlçatan etməkdir.

RƏŞİDƏ ƏLİ

Rəşidə Əli Kekalove Adaptive Fashion-ın geyim dizayneridir. O Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2018-ci ilin sentyabrından moda dünyasına daxil olub. 2019-cu ildə Kekalove komandasına qoşulub. Onun ilk adaptiv dizaynı 2019-cu ilin oktyabr-noyabr aylarında Artım Layihə Məkanında nümayiş edilib. Rəşidə ingilis, ispan, fransız, rus və türk dillərində səlis danışır.

Rashida Ali.webp

MƏQSƏD

Biz inanırıq və yəqin siz də bizimlə razılaşarsız ki, həyat sizi narahat edən paltarlar geyindikdə çətin olur. Bizim məqsədimiz adaptiv geyimlərdən istifadə edərək əngəlli şəxslərin maksiumum rahatlığını təmin edən bir mühit yaratmaqdır. Biz araba istifadəçilərinə yaxşı geyinməyə, yaxşı görünməyə və yaxşı olmağa kömək etmək istəyirik. 

kekalove-120.webp

VİZYON

7J7A7806.webp

Bizim vizyonumuzda fiziki əngəlindən asılı olmayaraq hər bir üzvün eyni imkanlara və şanslara bərabər çıxışının olduğu, həyatını tam yaşadığı, vaxtını faydalı keçirtdiyi və ən yüksək potensialına çatdığı bir dünya dayanır.

DƏYƏRLƏR

Biz istisnasız inkluziyliyə dəyər veririk və cəmiyyətimizin üzvlərinin seçə bildiyi və bilmədiyi xüsusiyyətlərinə görə fərq qoymuruq. Biz insan həyatının, insan təcrübələrinin, insan narrativlərinin, insan emosiyalarının, əhəmiyyətinə dəyər veririk. Biz insanları prioritet edirik və buna görə də heç vaxt diskriminasiyaya dəstək ola bilmərik.

 

Biz insan olaraq, icma olaraq, təşkilat olaraq və bütöv dünya olaraq açıqlığa və səmimiliyə dəyər veririk. Biz super funksional məhsullarımızı müsahibələr, testlər, eksperimentlər, sınaq və səhv sayəsində ərsəyə gətiririk. Biz açıq və dürüst fikirləri qəbul etməyi sevdiyimiz qədər onları paylaşmağı da sevirik. Bizim gördüyümüz işlə maraqlanan hər kəsə öz biliyimiz, təcrübələrimiz, eskpertiamız və bacarığımızla hər cürə yardım etməyə açığıq.

7J7A8025.webp

 

Biz inanırıq ki, yaşadığımız dünya daha da yaxşı ola bilər. Biz yaxşı işlər görməyə və yaxşı insan olmağa çalışırıq. Biz yaxşı münasibətlər qurmaq və dünyada yaxşı təsirə sahib olmaq üçün işləyirik. Biz həqiqətən inanırıq ki, yaxşı əməllərə xidmət edirik - araba istifadəçilərinə yaxşı geyinməyə, yaxşı görünməyə və yaxşı olmağa dəstək olaraq dünyanı daha yaxşı yerə çeviririk.

KEKALOVE ADAPTIVE FASHION

Subscribe form

Thanks for submitting!

  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • LinkedIn

©2021 by Kekalove Adaptive Fashion